Haqqımızda

Qonaqla.az — Azərbaycanda təbiətin qoynunda günlük ev kirayəsi üçün yaradılmış müstəqil platformadır. Məqsədimiz qonaqları doğrulanmış ev sahibləri ilə birbaşa, vasitəçisiz əlaqələndirməkdir.

Missiyamız

Qəbələ, Qusar, Şəki, İsmayıllı, Quba, Lənkəran və digər bölgələrdə yerləşən A-frame evləri, dağ kotteclərini və bağ evlərini bir platformada toplayırıq. Qonaqların real qiymətləri görməsini, ev sahiblərinin isə öz biznesini şəffaf idarə etməsini təmin edirik.

Niyə Qonaqla.az?

  • Hər elan əl ilə yoxlanılır — saxta və ya təkrar elanları platformaya buraxmırıq.
  • Reserv tamamlandıqdan sonra iki tərəf birbaşa əlaqə nömrəsi paylaşır.
  • Qiymət, məkan və xüsusiyyətlər tam şəffafdır — gizli komissiya yoxdur.
  • Azərbaycan, rus və ingilis dillərində istifadəyə hazırdır.

Vizyonumuz

Azərbaycanın daxili turizmini gücləndirmək, regionlardakı ev sahibləri üçün davamlı gəlir mənbəyi yaratmaq və qonaqlara unudulmaz təbiət təcrübələri təklif etmək.