Gizlilik siyasəti
Son yenilənmə: 9 iyun 2026
1. Topladığımız məlumatlar
Qeydiyyat zamanı ad, e-poçt və telefon nömrəsi; elan və reserv prosesində ünvan, qiymət, tarix kimi məlumatları toplayırıq. Brauzeriniz haqqında texniki məlumat (IP, cihaz növü) analitika məqsədilə anonim şəkildə saxlanılır.
2. Məlumatların istifadəsi
- Reservin təsdiqlənməsi və tərəflər arasında əlaqənin qurulması.
- Hesabınızın və ödənişlərin təhlükəsizliyinin təmin edilməsi.
- Xidmət keyfiyyətini ölçmək üçün anonim analitika.
- Sizin razılığınızla bildiriş və yeniliklərin göndərilməsi.
3. Məlumatların paylaşılması
Şəxsi məlumatlarınızı üçüncü tərəflərə satmırıq. Reserv təsdiq olunduqda yalnız əlaqə nömrəsi qarşı tərəfə (host və qonaq) açıqlanır. Qanunla tələb olunduqda səlahiyyətli orqanlarla əməkdaşlıq edirik.
4. Cookies və analitika
Sayt funksionallığı üçün cookie istifadə edirik. Trafik təhlili üçün Google Analytics 4 və daxili anonim analitika sistemimiz işləyir.
5. Hüquqlarınız
İstənilən vaxt məlumatlarınıza baxa, redaktə edə və ya hesabınızı silə bilərsiniz. Müraciət üçün: privacy@qonaqla.az.
6. Dəyişikliklər
Bu siyasətə dəyişiklik edildikdə yuxarıdakı tarix yenilənir və əhəmiyyətli dəyişikliklər barədə hesabınızda bildiriş göstərilir.